Aİ ABŞ ilə ticarət sazişi üzrə danışıqları davam etdirir

 15:12 07.07.2025     126

Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişi üzrə danışıqlar davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ulof Gill məlumat verib.

Brüsseldə keçirilən brifinqdə çıxış edən Gill bildirib ki, danışıqlar həm yüksək siyasi, həm də texniki səviyyədə aparılır.

Onun sözlərinə görə, əsas məqsəd yüksək ticarət tariflərindən yayınmaq və iyulun 10-dək sazişə nail olmaqdır.

“Çərşənbə gününə qədər razılaşma əldə etmək üçün işlərimizi intensiv şəkildə davam etdiririk”, - deyə Avropa Komissiyasının rəsmisi vurğulayıb.

Aytəkin TOFİQQIZI