ABŞ bu qruplaşmanı terror qrupları siyahısından ÇIXARTDI

ABŞ “Heyət Təhrir-əl-Şam” qruplaşmasını terror qrupları siyahısından çıxarıb.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Qeyd edəki ki, bir müddət əvvəl ABŞ Suriyaya qarı sanksiyaları ləğv etmişdi.
Xatırladaq ki, “Heyət Təhrir əl-Şam” (HTŞ) Suriyanın şimal-qərbində fəaliyyət göstərən əsas islamçı qrupdur. O, 2017-ci ildə bir neçə fraksiya, o cümlədən əvvəllər “Əl-Qaidə”nin Suriyadakı qolu olan “Cəbhət Fateh əl-Şam”ın birləşməsi nəticəsində yaranıb.