Əminə Ərdoğan şəhid olan 12 hərbçi üçün başsağlığı VERDİ

 19:19 07.07.2025     113

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, "Pençe-Kilit" əməliyyatı bölgəsində mağarada aparılan axtarışlar zamanı metan qazından zəhərlənərək şəhid olan 12 hərbçi ilə bağlı başsağlığı mesajı yayımlayıb.

Redaktor.az xəbər verir ki, Əminə Ərdoğan sosial media hesabında paylaşdığı mesajda belə deyib:

“Pençe-Kilit əməliyyatı bölgəsindən gələn acı xəbərlər ürəyimizi dağladı. Vəzifə başında metan qazından zəhərlənərək şəhid olan qəhrəman övladlarımıza Allahdan rəhmət, ailələrinə və silah yoldaşlarına səbir diləyirəm. Müalicəsi davam edən hərbçilərimizə şəfa arzulayıram. Əziz millətimizin başı sağ olsun".

Kənan YUSİF