Rusiyada kafeyə qumbara atıldı - ölən və yaralananlar var

 19:57 07.07.2025     132

Ryazanda partlayış baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Ryazandakı kafedə partlayış nəticəsində bir nəfər ölüb, 3 nəfər isə yaralanıb.

“Baza” Teleqram kanalının məlumatına görə, kafeyə qumbara atılıb.