Murat Özçelik CHP-dən istefa ETDİ

Türkiyənin ana müxalifət partiyası CHP-nin sabiq sədr müavini Murat Özçelik, partiyadakı problemlərə diqqət çəkərək CHP-dən istefa etdiyini açıqlayıb.
Redaktor.az-ın məlumatına görə, Özçelik bəyan edib ki, İstanbul Böyükşəhər Bələdiyyəsi ətrafında yaranan müzakirələrin partiya daxilində açıq şəkildə danışılmasına imkan verilmir və bu məsələlərin üstü örtülməyə çalışılır.
İstefası ilə bağlı açıqlama verən Murat Özçelik, CHP daxilindəki böhranın dərinləşdiyini və bununla bağlı narahatlığını dəfələrlə dilə gətirdiyini bildirib.
Kənan YUSİF