Türkiyədə zəlzələ OLDU

 22:10 07.07.2025     116

Türkiyənin Muğla şəhərinin Datça rayonu açıqlarında 5 bal gücündə zəlzələ qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) verdiyi məlumata görə, yerli vaxtla saat 20:46-da, Muğlanın Datça rayonundan təxminən 189 kilometr məsafədə, Akdeniz bölgəsində yeraltı təkanlar baş verib.

Zəlzələnin yerin 7,37 kilometr dərinliyində baş verdiyi bildirilib.

Hazırda bölgədən hər hansı zərər və ya itki barədə məlumat yoxdur. Aidiyyəti qurumlar vəziyyəti izləməyə davam edir.

Kənan YUSİF