16 qeyri-qanuni miqrant saxlanıldı

 22:20 07.07.2025     108

Türkiyənin İzmir şəhərinin Selçuk rayonu sahil sularında 1-i uşaq olmaqla 16 qeyri-qanuni miqrant saxlanılıb.

Redaktor.az xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlığının yaydığı məlumata görə, Selçuk açıqlarında rezin qayıqda qeyri-qanuni miqrantların olduğu barədə məlumat əsasında əraziyə ekipaj göndərilib.

Əməliyyat zamanı 1-i uşaq olmaqla 16 miqrant saxlanılıb. Onlar müvafiq sənədləşmə işlərindən sonra İzmir Miqrasiya İdarəsinə təhvil verilib.

Kənan YUSİF