Hakan Fidan Quterreş ilə Rusiya-Ukrayna müharibəsini müzakirə ETDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan və BMT-nin baş katibi Antoniu Quterreş Braziliyada keçirilən BRİCS sammiti çərçivəsində görüşüblər.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunub ki, tərəflər Rusiya-Ukrayna müharibəsi barədə danışıblar.
Onlar həmçinin Qəzza zolağı, Yaxın Şərqdəki vəziyyəti və Kipr məsələsini müzakirə ediblər.