Samvel Karapetyanın qardaşı oğlu saxlanıldı - YENİLƏNİB

Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyan saxlanılıb.
Redaktor.az xəbər verir ki, Narek Karapetyan istintaq şöbəsinə aparılıb.
***
Ermənistan İstintaq Komitəsi Narek Karapetyanın evində axtarış aparıldığını təsdiqləyib.
Redaktor.az Ermənistan mediasına istinadən xəbər verir ki, İstintaq Komitəsindən bildirilib ki, başladılan cinayət işi çərçivəsində təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilir.
***
Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları səhər saatlarında "Elseti"nin Direktorlar Şurasının sədri Narek Karapetyanın evinə gəlib.
Redaktor.az xəbər verir ki, hazırda onun evində axtarış aparılır.
Qeyd edək ki, Narek Karapetyan həbs olunmuş rusiyalı iş adamı Samvel Karapetyanın qardaşı oğludur.