Tacikistan və Qırğızıstan yeni sərhəd keçid məntəqəsini AÇDILAR

 14:00 08.07.2025     75

Düşənbədə yüksək səviyyəli danışıqların başa çatmasından sonra Tacikistan Prezidenti Emoməli Rəhmon və Qırğızıstan Prezidenti Sadır Japarov iki ölkənin dövlət sərhədində yeni "Tocvaron – Karamik" keçid məntəqəsinin açılış mərasimində onlayn iştirak ediblər.

Redaktor.az bu barədə Tacikistan Prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilib ki, məsul qurumlar dövlət başçılarına infrastrukturun işə salınmağa tam hazır olduğunu bildiriblər.

Prezidentlər rəsmi olaraq keçid məntəqəsinin açılmasına icazə veriblər.