Çin ordusu alman təyyarəsini lazerlə hədəfə ALDI

Almaniya Xarici İşlər Nazirliyi (XİN) Bundesverə məxsus hərbi təyyarənin Çin tərəfindən lazer hücumuna məruz qaldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Almaniya XİN-in "X" səhifəsində məlumat verilib.
Məlumatda qeyd olunub ki, Çin ordusu Avropa İttifaqının ASPIDES əməliyyatı çərçivəsində alman təyyarəsini lazerlə hədəfə alıb. Alman hərbi heyətinin təhlükəyə atılması və əməliyyatın pozulması tamamilə qəbuledilməzdir. Bu hadisə ilə bağlı Çin səfiri bu gün Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
ASPIDES dəniz əməliyyatı Yəməndəki Husi silahlı dəstələrinin hücumlarından mülki gəmiləri və dəniz ticarət yolunu qorumaq məqsədilə Qırmızı dənizdə həyata keçirilir. Aİ-nin rəhbərlik etdiyi bu əməliyyatda Almaniyadan 700 hərbi qulluqçu iştirak edir.