Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüb

 14:44 08.07.2025     64

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb.

Redaktor.az xəbər verir ki, Benyamin Netanyahu bunu Ağ evdə Birləşmiş Ştatların dövlət başçısı ilə görüşündə deyib.

“Mən Nobel Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istəyirəm. Məktubda sizin sülh mükafatına namizədliyiniz irəli sürülüb. Siz buna layiqsiniz və onu almalısınız”, - deyə İsrailin hökumət başçısı bildirib.

Benyamin Netanyahu, həmçinin Donald Trampın “dünyada və xüsusilə Yaxın Şərqdə sülh və təhlükəsizliyə nail olmaq” səylərini yüksək qiymətləndirdiyini vurğulayıb.