CHP-nin İstanbul üzrə təşkilat sədri haqqında da həbs qərarı VERİLDİ

Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) İstanbul üzrə təşkilat sədri Özgür Çelik haqqında həbs qərarı çıxarılıb.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, sözügedən qərar İstanbul Baş Prokurorluğu tərəfindən verilib.
Məlumata görə, ona qarşı 2023-cü ilin oktyabr ayında keçirilmiş Cümhuriyyət Xalq Partiyasının İstanbul üzrə sədrliyi seçkilərində şəxsi mənfəət müqabilində seçki saxtakarlığı iddiaları irəli sürülüb.