Balıkesirdə meşəlik sahədə yanğın BAŞLADI

Balıkesir vilayətinin Kürendere məhəlləsi ərazisində yerləşən meşəlik sahəsində naməlum səbəbdən yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, əraziyə Meşə Təsərrüfatı İdarəsi və Balıkesir Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə xidmətlərinə məxsus qüvvələr cəlb olunub.
Yanğının söndürülməsi üçün hazırda ərazidə 4 helikopter, 4 təyyarə, 15 ədəd yanğınsöndürən maşın və Böyükşəhər Bələdiyyəsinə məxsus nəqliyyat vasitələri var.