Rusiyanın yeni nəqliyyat naziri təyin EDİLDİ

 20:07 08.07.2025     128

Rusiya Dövlət Dumasının Andrey Nikitinin ölkənin nəqliyyat naziri vəzifəsinə namizədliyini təsdiqləməsindən sonra Rusiya Prezidenti Vladimir Putin Nikitinin ölkənin nəqliyyat naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə Redaktor.az Rusiya KİV-ə istinadən xəbər verir.

“Andrey Sergeyeviç Nikitin Rusiya Federasiyasının nəqliyyat naziri təyin edilsin”, - sənəddə deyilib.

Qeyd edək ki, Nikitin fevral ayından Rusiya nəqliyyat nazirinin müavini vəzifəsində çalışırdı. Bundan əvvəl o, 2017-ci ildən Novqorod vilayətinə rəhbərlik edib və öz istəyi ilə bu vəzifədən azad edilib. O, daha əvvəl Strateji Təşəbbüslər Agentliyinə rəhbərlik edib.

Nikitin nazir vəzifəsində Roman Starovoytu əvəz edib. Putinin vəzifədən azadetmə sərəncamında səbəb göstərilməyib. İyulun 7-də Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko Starovoytun Odintsovoda ölü tapıldığını bildirib. İstintaqın əsas versiyası intihardır.