Yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunacağını gözləyirik - Rubio

ABŞ yaxın gələcəkdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin əldə olunacağına ümid edir.
Redaktor.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda deyib.
“Ümid edirəm ki, sülh sazişi tezliklə bağlanacaq”, - o bildirib.
Rubio həmçinin, Hindistanla Pakistan, Konqo DR ilə Ruanda arasında gərginliyin sona çatmasından danışıb. Bununla yanaşı, İranın nüvə proqramı ətrafındakı vəziyyətə toxunub.