Arı sancan qadın həyatını İTİRDİ

 22:37 08.07.2025     210

Türkiyənin Düzcə vilayətinin Kaynaşlı rayonunda 70 yaşlı Makbule Uğurlu adlı qadın, arı sancması nəticəsində həyatını itirib.

Redaktor.az xəbər verir ki, arıya qarşı allergiyası olan Uğurlunun sancmadan sonra qəfil halın pisləşib.

Əraziyə çağırılan təcili tibbi yardım briqadası qadına ilkin yardım göstərsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Uğurlunun nəşi Kaynaşlı Dövlət Xəstəxanasının morquna təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən