İstanbulda FETÖ əməliyyatı: 10 nəfər saxlanıldı

İstanbulda Fətullahçı Terror Təşkilatının (FETÖ) hazırkı təşkilatlanmasında fəaliyyət göstərdiyi müəyyən edilən 10 nəfər saxlanılıb.
Redaktor.az xəbər verir ki, İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosunun apardığı iki ayrı istintaq çərçivəsində, şübhəlilərin FETÖ-nün aktiv strukturunda yer aldıqları müəyyən olunub.
Araşdırmalar zamanı həmin şəxslərin FETÖ ilə əlaqələndirilən şəxslərlə əlaqələrinin və maliyyə köçürmələrinin olduğu, bəzilərinin "ByLock" istifadəçiləri ilə təmasda olduğu və təşkilatla əlaqəli qurumlarla əlaqələrinin mövcudluğu təsbit edilib.
İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi əməkdaşlarının müxtəlif ünvanlara keçirdiyi eyni vaxtlı əməliyyat nəticəsində 10 şübhəli saxlanılıb.
Saxlanılan şəxslərlə bağlı istintaq davam etdirilir.