ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq EDƏCƏK

Amerika Birləşmiş Ştatları BRICS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) ölkələrinin məhsullarına 10 faiz həcmində idxal rüsumu tətbiq edəcək.
Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə nazirlər kabinetinin iclasında çıxışı zamanı bildirib.
“Əgər onlar BRICS üzvüdürlərsə, elə təkcə buna görə 10 faiz rüsum ödəməli olacaqlar”, – deyə Tramp bildirib.