Türkiyədə meşəlik ərazilərə giriş qadağan EDİLDİ

Türkiyənin Gümüşhane vilayətində meşə yanğınlarının qarşısının alınması məqsədilə 15 iyul – 1 oktyabr tarixləri arasında meşəlik ərazilərə giriş qadağan olunub.
Redaktor.az xəbər verir ki, Gümüşhane Valiliyindən verilən açıqlamada bildirilib ki, artan hava temperaturu və meşəlik sahələrdə insan hərəkətliliyinin meşə yanğınlarına səbəb olma riski yüksəlib.
Bu səbəbdən, orman parkları, milli parklar və təbiət parklarının içində yerləşən piknik və istirahət məkanları istisna olmaqla, bütün meşəlik ərazilərə və nəzarətsiz bölgələrə vətəndaşların girişinə 15 iyuldan 1 oktyabra qədər yalnız səlahiyyətli şəxslər üçün icazə veriləcək.
Kənan YUSİF