Türkiyəli nazir meşə yanğınları ilə bağlı xəbərdarlıq ETDİ

 23:30 08.07.2025     68

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı meteoroloji proqnozlara əsaslanaraq sabah ölkə üzrə yüksək temperatur gözlənildiyini bildirib və bu səbəbdən meşə yanğını riskinin daha da artdığını vurğulayıb.

Redaktor.az xəbər verir ki, nazir sosial media hesabında etdiyi paylaşımda vətəndaşlara müraciət edərək deyib: 

"Gəlin, birlikdə tədbirlərimizi artıraq və Yaşıl Vətənimizə sahib çıxaq".

Kənan YUSİF