Çin İrana raket sistemlərinin ötürülməsini təkzib etdi

İsraillə atəşkəsdən sonra Çinin İrana qabaqcıl zenit-raket sistemləri (SAM) ötürdüyü ilə bağlı yayılan xəbərlərə cavab olaraq, Pekinin İsraildəki səfirliyi rəsmi açıqlama verib.
Redaktor.az İran mediasına istinadla xəbər verir ki, səfirlik bu məlumatları “yanlış və etibarsız” adlandıraraq təkzib edib.
İsrailin “İsrael Hayom” qəzetinə açıqlamasında səfirlik bildirib ki, Çin kütləvi qırğın silahlarının və onların çatdırılma vasitələrinin yayılmasına qəti şəkildə qarşı çıxır və hərbi məhsulların ixracına ciddi nəzarət edir.
Rəsmi Pekin vurğulayıb ki, müharibə vəziyyətində olan ölkələrə silah ixrac etmir və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq bu məsələdə məsuliyyətlə davranır.
Nuriyyə NATİQQIZI