Rusiya Ukrayna ərazisinə rekord sayda dron və raket atıb

 10:45 09.07.2025     74

Rusiya Silahlı Qüvvələri iyulun 9-na keçən gecə Ukrayna ərazisinə 741 hava hücumu vasitəsi, o cümlədən 728 pilotsuz uçuş aparatı (PUA) atıb.

Redaktor.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin məlumatında bildirilib.

Bildirilib ki, Rusiya şəhərləri Bryansk, Primorsko-Axtarsk, Kursk, Oryol, Millerovo istiqamətlərindən 728 ədəd “Shahed” tipli zərbə PUA-sı və imitator dronlar; Saratov vilayətinin Engels rayonundan və Kursk vilayəti rayonlarından 7 ədəd X-101/"İskander-K" qanadlı raket; Lipetsk vilayətinin hava məkanından 6 ədəd X-47M2 "Kinzhal" aeroballistik raket atılıb.

Qeyd olunub ki, hücumun əsas hədəfi Lutsk şəhəri olub.

İlkin məlumatlara görə, hava hücumundan müdafiə (HHM) sistemləri 718 hava hücumu vasitəsini zərərsizləşdirib.