Zaxarovadan Rusiya-Azərbaycan əlaqələri ilə bağlı AÇIQLAMA

Rusiya Azərbaycanla hüquq-mühafizə strukturları xətti ilə işçi əlaqə saxlayır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, yaranan məsələləri siyasi-diplomatik yolla həll etmək lazımdır.
"Belə mövzulara təmkinli və məsuliyyətli yanaşmağın, qarşılıqlı hörmət və hüquqi mexanizmlərin rəhbər tutulmasının vacibliyini vurğulayırıq", - deyə Zaxarova qeyd edib.