Tramp HƏMAS-a müharibənin yenidən başlamayacağına dair zəmanətli məktub göndərdi

 16:45 09.07.2025     64

Fələstinin HƏMAS hərəkatının rəhbərliyi ilə ABŞ Prezidenti Donald Tramp Administrasiyası arasında əsas vasitəçi və əlaqələndirici olan fələstinəsilli iş adamı Bişara Bahbah Ağ Evin sahibinin İsraillə 60 günlük müddət bitdikdən sonra Qəzza zolağında hərbi əməliyyatların bərpa olunmayacağına dair mesajını radikallara çatdırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

Daha əvvəl yayılan məlumata görə, Dohada keçirilən dolayı danışıqlarda HƏMAS və İsrail Qəzzada atəşkəslə bağlı razılaşmaya yaxınlaşıblar, yeganə həll olunmamış məsələ İsrail ordusunun anklavdakı statusu və mövcudluğudur.

İyulun 6-da HƏMAS və İsrail Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə Dohada Fələstin anklavında atəşkəs və orada saxlanılan israilli girovların azad edilməsinə dair razılığa gəlmək məqsədilə danışıqları bərpa edib.