PKK-nın tərksilah olunacağı tarix və məkan məlum OLDU

 16:56 09.07.2025     68

PKK döyüşçülərinin bir qrupu iyulun 11-də Süleymaniyyə şəhərində tərksilah olunacaq.

Redaktor.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə tərksilah prosesinə vasitəçilik edən DEM partiyasının sözçüsü Ayşegül Doğan bildirib.

“DEM Partiyası olaraq 11 iyul tarixində Süleymaniyyədə bir qrup PKK üzvünün iştirakı ilə keçiriləcək əsas mərasimə şahidlik etmək üçün orada olacağıq”, – deyə o qeyd edib.