ABŞ bu ölkədən idxala 25% rüsum tətbiq EDƏCƏK

 21:49 09.07.2025     105

ABŞ avqustun 1-dən Moldovadan idxal olunan mallara 25% gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Trampın “Truth” hesabında məlumat verib.

O Moldova prezidenti Maya Sanduya ünvanladığı məktubun nüsxəsini paylaşıb.

Sənəddən məlum olur ki, Moldova hökuməti cavab rüsumlarının tətbiqi ilə bağlı qərar qəbul etsə ABŞ da buna uyğun olaraq rüsumları artıracaq.

ABŞ administrasiyası bundan başqa Əlcəzair (30%), Bruney (25%), İraq (30%), Liviya (30%) və Filippin (20%) liderlərinə də rüsumların tətbiqi ilə bağlı məktub göndərib.