Ankara 2026-cı il üçün “Türk Dünyası Turizm Paytaxtı” seçildi

Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy, sosial media hesabından etdiyi paylaşımda, Ankaranın 2026-cı il üçün “Türk Dünyası Turizm Paytaxtı” elan olunduğunu açıqlayıb.
Redaktor.az xəbər verir ki, nazir paylaşımında bildirib:
“Tarixi, mədəniyyəti və ruhu ilə bu unvan Ankaramıza çox yaraşdı. Bu gün Türk Dövlətləri Təşkilatının Turizm Nazirləri 10-cu Toplantısında qəbul edilən ortaq qərarla, paytaxtımız Ankara 2026-cı il üçün ‘Türk Dünyası Turizm Paytaxtı’ elan edildi".
Qeyd edək ki, bu titul, Türk dünyasının mədəni və turizm potensialını tanıtmaq və ortaq mədəni dəyərləri ön plana çıxarmaq məqsədi ilə Türk Dövlətləri Təşkilatı tərəfindən verilir.
Kənan YUSİF