Türkiyə dünya üzrə 18-ci yerdə qərarlaşıb

 22:54 09.07.2025     111

Türkiyə 85 milyon 664 min 944 nəfərlik əhalisi ilə dünya üzrə 194 ölkə arasında 18-ci yeri tutur.

Redaktor.az xəbər verir ki, BMT-nin məlumatına görə, dünyanın ən çox əhalisi olan ölkəsi Hindistan (1,45 milyard nəfər), ardından Çin və ABŞ gəlir.

Türkiyə dünya əhalisinin təxminən 1 faizini təşkil edir və uşaq-gənc əhalisi baxımından Avropa ortalamasını üstələyir.

Kənan YUSİF