Türkiyənin ilk “İqlim Qanunu” qüvvəyə MİNDİ

Türkiyənin ilk “İqlim Qanunu” 2 iyulda TBMM-də qəbul olunaraq "Resmi Gazete"də yayımlanıb və qüvvəyə minib. Qanunla iqlim dəyişikliyinin mənfi təsirləri ilə mübarizə aparılacaq, şəhərlər və sektorlar iqlim böhranına qarşı dayanıqlı hala gətiriləcək.
Redaktor.az xəbər verir ki, yeni qanun, “yaşıl böyümə” vizyonu və “xalis sıfır emissiya” hədəfi istiqamətində istixana qazlarının azaldılması, iqlimə uyğunlaşma, karbon ticarəti və ədalətli keçid kimi əsas prinsipləri əhatə edir.
Əsas məqamlar bunlardır:
İqlim Dəyişikliyi Başqanlığı, karbon qiymətləndirmə sistemlərini və ETS (Emissiya Ticarət Sistemi) kimi mexanizmləri tənzimləyəcək.
Kamu və özəl sektor, alınacaq tədbirlərə vaxtında əməl etməyə və tətbiq etməyə məsuliyyət daşıyacaq.
"Ulusal Katkı Beyannamesi" çərçivəsində, ölkənin inkişaf prioritetləri və xüsusi şərtləri nəzərə alınacaq.
İllik irəliləyişlər və tədbirlərin nəticələri İqlim Dəyişikliyi Başqanlığı tərəfindən izləniləcək.
Qanunla, "iqlim ədaləti", "ədalətli keçid", "gönüllü karbon bazarları" kimi anlayışlar hüquqi əsas qazanmış oldu. Bu, Türkiyənin iqlim böhranına qarşı institusional və sistemli yanaşmasında yeni bir mərhələnin başlanğıcı hesab olunur.
Kənan YUSİF