CHP-li 2 bələdiyyə üzvü istefa VERDİ

İstanbulun Bayrampaşa Bələdiyyəsində Cumhuriyet Halk Partiyasını (CHP) təmsil edən bələdiyyə məclis üzvləri Sadi Teker və Ali Karahasanoğlu, partiyalarından istefa verdiklərini açıqladılar.
Redaktor.az xəbər verir ki, hər iki üzv sosial media üzərindən yayımladıqları ortaq bəyanatda, Bayrampaşa Bələdiyyə Başqanı Hasan Mutlunu “qeyri-etik davranışlar”, “pul hərisliyi” və təhqiramiz ifadələr işlətmək ilə ittiham etdilər.
Bəyanatda, seçki dönəmində göstərilən səylərə və seçicilərə olan hörmətə zidd olaraq, başqanın sonrakı davranışlarının qəbuledilməz olduğu vurğulanaraq bildiriblər: “Ətrafımızda cərəyan edən bu pisliklərə, şərəf və ləyaqətlə keçirdiyimiz ömrümüzə ləkə gətirməmək üçün baş qaldırır və müstəqil məclis üzvü olaraq fəaliyyətimizə davam etməklə, CHP-dən istefa verdiyimizi bildiririk”.
İki üzv, bundan sonra müstəqil olaraq fəaliyyətlərini davam etdirəcək.
Kənan YUSİF