Suriyalıların ölkələrinə könüllü qayıdışı davam EDİR

Türkiyədə müvəqqəti sığınacaqda yaşayan suriyalıların, vətənlərinə könüllü dönüşü sürətlə davam edir. Kilisin Öncüpınar Gömrük Keçid Məntəqəsində qeydiyyat üçün toplaşan yüzlərlə suriyalı, Könüllü Geri Göndərmə bölməsindəki prosedurları tamamladıqdan sonra Suriyaya yola düşür.
Redaktor.az xəbər verir ki, dönənlər arasında olan Yahya Ezvey, 10 il əvvəl müharibə səbəbilə Türkiyəyə sığındığını bildirərək deyib:
“Suriya artıq təhlükəsizdir, müharibə bitdi. Ölkəmə qayıdıram və çox xoşbəxtəm. Türkiyəyə təşəkkür edirəm. İndi evimizə gedib işləyəcəyik və həyatı yenidən quracağıq".
17 yaşlı Ahmet Nasr isə Türk xalqına təşəkkür edərək: “Allah türklərdən razı olsun, bizə sahib çıxdılar", - deyib.
Bu çərçivədə Türk Qızılayı da geri dönən suriyalıların ərzaq və su kimi ehtiyaclarını təmin edib.
Rəsmi məlumatlara görə, Türkiyədə müvəqqəti qoruma statusu ilə yaşayan suriyalıların könüllü geri dönüş proqramı BMT prinsiplərinə uyğun şəkildə həyata keçirilir.
Kənan YUSİF