Bitkoinin qiyməti tarixi maksimumu yenilədi

 02:56 10.07.2025     114

Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb.

Redaktor.az bu barədə "Coinbase" platformasının məlumatlarına əsasən məlumat verir.

Bakı vaxtı ilə çərşənbə günü saat 23:55-ə olan məlumatlara əsasən, kriptovalyutanın qiyməti 112 055 dollar (+3,04%) təşkil edib.

"Binance" platformasında isə bitkoinin maksimum dəyəri 111 999,79 dollar olub. Saat 00:00-a (Bakı vaxtı ilə) olan vəziyyətə görə, kriptovalyutanın qiymətindəki artım zəifləyib (Coinbase) və 111,8 min dollar (+2,8%) səviyyəsində qərarlaşıb.