İsrail son 24 saat ərzində Qəzzaya 180 hava zərbəsi ENDİRDİ

İsrail son 24 saat ərzində Qəzza zolağına 180 hava hücumu həyata keçirib.
Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.
Bildirilir ki, eyni vaxtda qurudan edilən hücumlara da dəstək verilib, silah anbarları, tank əleyhinə rampalar və tunellərin hədəf alınıb.
162-ci diviziyanın Qəzza zolağının şimalında hücumlarını davam etdirdiyi, 401-ci briqadanın bəzi tunelləri müəyyən edərək partlatdığı iddia edilib.
Nuriyyə NATİQQIZI