Britaniya İranı ciddi təhdid hesab edir

 14:40 10.07.2025     105

İran Böyük Britaniya üçün böyük və ciddi bir təhdiddir. Lakin Rusiya və Çinlə eyni səviyyədə deyil.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniya parlamentinin bəyanatında qeyd edilib.

Parlamentin Kəşfiyyat və Təhlükəsizlik Komitəsinin bəyanatında deyilir ki, İrandan qaynaqlanan fiziki təhdidlər və sui-qəsd təşəbbüsləri, eyni zamanda, casusluq, kiberhücumlar və nüvə silahı əldə etmək ambisiyası bu ölkəni təhdid hesab etməyə əsas verir.

“İran bizi narahat edən hər növ təhdidin arxasında dayanır. Britaniya hökuməti sadəcə İranın nüvə təhdidinə fokuslanıb və digər təhlükələrə kifayət qədər diqqət ayırmır. Bu bizi qayğılandırır”, - komitənin bəyanatında deyilir.

İranın Londondakı səfirliyi hələlik bəyanata reaksiya verməyib.

Vumart və Güvən reklamı Vumart Güvən