ABŞ və Rusiyanın baş diplomatları görüşdü

ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında Malayziyanın paytaxtı Kuala Lumpurda görüş keçirilib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, danışıqlar Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammiti çərçivəsində baş tutub.
Görüş 50 dəqiqə davam edib.
Tərəflər arasında danışıqların mövzusu açıqlanmayıb, lakin onların Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsinə hazırlıq məsələlərini müzakirə edə biləcəyi ehtimal olunur.