"Google" 355,1 milyon CƏRİMƏLƏNDİ

Türkiyə Rəqabət Qrulu texnologiya nəhəngi "Google" şirkətini 355 milyon 143 min 672 lirə cərimə tətbiq edib.
Redaktor.az bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Məlumata görə, cərimənin səbəbi isə "Google" şirkətinin “işletme reklamları” adı altında təqdim etdiyi yeni dizaynların, yerli axtarış xidmətlərinə dair əvvəlki qərarda müəyyən edilmiş öhdəliklərə zidd olması göstərilib.
Rəqabət Qurumunun rəsmi internet saytında yayımlanan açıqlamada bildirilir ki, rəqabət hüququ çərçivəsində şirkətlərə tətbiq edilən öhdəliklər, bazarda ədalətli rəqabətin qorunması və istehlakçı rifahının təmin olunması baxımından böyük əhəmiyyət kəsb edir. Bu öhdəlikləri yerinə yetirməyən şirkətlərin inzibati cərimələrlə üzləşəcəyi xüsusi vurğulanıb.
Nuriyyə NATİQQIZI