"Rusiyanın aktivləri dondurulmuş vəziyyətdə qalacaq"

 19:52 10.07.2025     142

Rusiya dövlətinin aktivləri dondurulmuş vəziyyətdə qalacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merts Romada Ukraynanın bərpasına həsr olunmuş konfransda bildirib.

“Bir daha demək istəyirəm ki, Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq. Faizlərdən və ya aktivlərdən əldə edilən gəlirdən istifadə təsvir etdiyimiz mexanizmdən istifadə olunmaqla həyata keçirilir. Aktivlərin özləri də lazım gələrsə, müvafiq razılaşma ilə bağlı istifadə oluna bilər”, - o deyib.

Kanslerin sözlərinə görə, Rusiyanın tammiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynaya dəymiş ziyan təxminən 500 milyard avro təşkil edir.

Daha əvvəl Merts Romada Ukrayna biznesinin inkişafı üçün fondun yaradıldığını, onun İkinci Dünya Müharibəsindən sonra Almaniyanın bərpasını maliyyələşdirən Almaniyanın KfW dövlət bank qrupunun nümunəsi əsasında çalışacağını elan etmişdi.

Qeyd edək ki, Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya Ukraynaya qarşı hərbi əməliyyatların başlamasından sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunların təxminən 5-6 milyard dolları ABŞ-də, əksəriyyəti isə Avropada, o cümlədən 210 milyard dolların saxlandığı Belçikadakı beynəlxalq “Euroclear” platformasındadır.

Vumart və Güvən reklamı Vumart Güvən