Türkiyədə daha bir bələdiyyə başçısı vəzifəsindən uzaqlaşdırıldı

 20:42 10.07.2025     176

Türkiyə Daxili İşlər Nazirliyi, "irtikap" (rüşvət alma məqsədilə təzyiq göstərmə) cinayəti ilə bağlı aparılan istintaq çərçivəsində, Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutderenin evdən çıxmamaq şərti ilə məhkəmə nəzarətinə alındığını və müvəqqəti tədbir olaraq vəzifəsindən uzaqlaşdırıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, nazirliyin rəsmi bəyanatında bildirilib:

“Adıyaman Bələdiyyə Başçısı Abdurrahman Tutdere haqqında "icbar suretiyle irtikap" (təzyiqlə rüşvət alma) maddəsi ilə istintaq aparılır. Bu çərçivədə, İstanbul 8-ci Sülh Cəza Hakimliyinin 8 iyul 2025-ci il tarixli qərarı ilə barəsində evdən çıxmamaq şəklində məhkəmə nəzarəti tətbiq olunmuşdur. Konstitusiyanın 127-ci maddəsi və Bələdiyyə Qanununun 47-ci maddəsi əsas götürülərək, Daxili İşlər Nazirliyi tərəfindən vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırılmışdır".

Kənan YUSİF 

 

 

Vumart və Güvən reklamı Vumart Güvən