Türkiyədə dənizə girmək qadağan EDİLDİ

Türkiyənin Karadeniz sahilində yerləşən Sakarya vilayətinin Karasu, Kocaali və Kaynarca rayonlarında əlverişsiz hava şəraiti səbəbilə ikinci bir bildirişədək dənizə girmək qadağan olundu.
Redaktor.az xəbər verir ki, səhər saatlarından etibarən yağış və güclü külək bölgədə təsirli olub. Dalğaların yüksəlməsi və çəkici axın təhlükəsinə görə əvvəlcə Kocaali və Kaynarca rayonlarında dənizə girilməsi qadağan edilib. Günorta saatlarında hava şəraitinin daha da pisləşməsi ilə Karasu rayonu da bu qərara daxil edilib.
Kənan YUSİF