İstanbulda körpülərə Türkiyə bayrağı ASILDI

Fətullahçı Terror Təşkilatının (FETÖ) 15 iyul 2016-cı il dövlət çevrilişi cəhdinin 9-cu ildönümü münasibətilə İstanbul Boğazındakı Yavuz Sultan Səlim, Fatih Sultan Mehmet və 15 İyul Şəhidlər körpülərinə Türkiyə bayrağı asılıb.
Redaktor.az xəbər verir ki, İstanbul Valiliyi və 15 Temmuz Dərnəyinin birgə təşkil etdiyi tədbirdə, saat 05:00-da Yavuz Sultan Səlim, saat 07:00-də Fatih Sultan Mehmet, saat 11:00-də isə 15 İyul Şəhidlər Körpüsünə ölçüsü 18 metr uzunluqda və 12 metr enində olan böyük Türk bayraqları asılıb.
15 İyul Şəhidlər Körpüsünə bayraqla yanaşı, üzərində “Zəfərin Adı Türkiyə” və “Vətən Eşqi ilə” sözləri yazılmış nəhəng plakatların asılması münasibətilə təntənəli mərasim keçirilib.
Mərasimdə çıxış edən İstanbul valisinin müavini Mustafa Kaya, 15 İyulun bu il müxtəlif tədbirlərlə anılacağını bildirib.
Kənan YUSİF