Türkiyə son 55 ilin ən isti 4-cü iyun ayını YAŞADI

Türkiyə Meteorologiya Baş İdarəsinin açıqladığı məlumata görə, 2025-ci ilin iyun ayı son 55 ilin ən isti 4-cü iyun ayı kimi qeydə alınıb.
Redaktor.az xəbər verir ki, 1991–2020-ci illər üzrə iyun ayı üçün ortalama temperatur 21,8 dərəcə olduğu halda, bu il həmin göstərici 23 dərəcəyə yüksəlib.
26–29 iyun tarixləri arasında bəzi bölgələrdə bütün dövrlərin ən yüksək iyun temperaturu qeydə alınıb.
İzmirdə əvvəlki 41,4°C-lik rekord 41,8°C ilə yenilənib.
Dikilidə 1942-ci ildəki 41°C-lik rekord 41,7°C olub.
İstanbul Floryada 36,2°C-lik rekord 36,3°C ilə keçilib.
Sinopda isə 33,2°C-lik rekord bu il 33,7°C-ə çatıb.
Mütəxəssislər havaların kəskin istiləşməsinin iqlim dəyişikliyinin nəticəsi olduğunu bildirir.
Kənan YUSİF