PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

PKK terror təşkilatının bu gün silahları təhvil verməyə başlayacağı gözlənilir.
Redaktor.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Terrorçular həbsdə olan PKK lideri Abdullah Öcalanın çağırışından sonra bu gün silahı yerə qoymağa başlayacaq.
İlk olaraq İraqın şimalında yerləşən Süleymaniyyə şəhərində bir qrup PKK üzvünün silahlarını yerə qoyacağı gözlənilir.
Silahsızlaşdırma prosesinin bir neçə aya başa çatdırılması hədəflənir.
Ankara, Ərbil və Bağdad administrasiyalarının koordinasiyası ilə silah buraxma məntəqələrinin yaradılması və təşkilatın silahlarını bu bölgələrdə qoyması nəzərdə tutulur.