Türkiyədə 2050-ci ildə hər 4 nəfərdən biri 65 yaşdan yuxarı olacaq

 22:05 11.07.2025     78

Türkiyədə doğum səviyyəsinin azalması və yaşlı əhalinin artması demoqrafik quruluşu dəyişdirir.

Redaktor.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatının (TÜİK) 2024-cü il məlumatlarına əsasən, ölkədə doğum göstəricisi 1,48-ə enib. Bu rəqəm əhalinin özünü yeniləməsi üçün lazım olan 2,1 həddindən aşağıdır.

Hazırda əhalinin 10,6 faizi 65 yaşdan yuxarıdır. BMT-nin meyarlarına görə, Türkiyə artıq “çox yaşlı əhali” kateqoriyasına daxil olub.

Proqnozlara görə:

2050-ci ildə hər 4 nəfərdən biri,

2075-ci ildə hər 3 nəfərdən biri,

2100-cü ildə isə hər 10 nəfərdən 4-ü 65 yaşdan yuxarı olacaq.

Bu dəyişikliklər sosial təminat, səhiyyə və əmək bazarına əhəmiyyətli təsir göstərəcək.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən