Ankarada hava ilə bağlı xəbərdarlıq edildi

 22:31 11.07.2025     110

Ankara Valiliyi hava şəraitinə dair xəbərdarlıq yayıb.

Redaktor.az xəbər verir ki, valilikdən verilən məlumata görə, 11 iyul cümə günündən etibarən şəhərdə istilik dalğası təsirini göstərməyə başlayacaq və bu vəziyyət 15 iyul 2025-ci il axşam saatlarınadək davam edəcək.

Bu günlər ərzində ən yüksək hava temperaturunun 38 dərəcə olacağı gözlənilir.

Valilik, xüsusilə günün isti saatlarında yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olan şəxslərin ehtiyatlı olmasını, mümkün qədər günəş altında qalmaqdan çəkinməsini tövsiyə edib.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən