Avropa İttifaqının əhalisi 450 milyonu KEÇDİ

Avropa İttifaqının (Aİ) 27 üzv ölkəsinin ümumi əhalisi 2025-ci il etibarilə 450,4 milyon nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı məlumatlara görə, 2024-cü ilin əvvəlində 449,3 milyon olan Aİ əhalisi bir il ərzində 1,1 milyon nəfər artaraq bu səviyyəyə yüksəlib.
Ən çox əhaliyə sahib ölkələr bunlardır:
Almaniya – 83,6 milyon
Fransa – 68,6 milyon
İtaliya – 58,9 milyon
İspaniya – 49,1 milyon
Polşa – 36,5 milyon
Ən az əhaliyə malik ölkələr isə:
Malta – 574 min
Lüksemburq – 681 min
Aİ-də əhali artımı əsasən COVID-19 pandemiyasından sonra güclənən miqrasiya axını ilə əlaqələndirilir.