“Bir daha uşaqlarımı görə bilməyəcəyimi düşündüm” - İranlı spiker

 22:38 11.07.2025     131

“Bir daha uşaqlarımı görməyə bilərdim, amma canlı yayını tərk etmədim".

Redaktor.az xəbər verir ki, bu sözləri İsrailin 16 iyun tarixində İran dövlət televiziyasına təşkil etdiyi hava hücumu zamanı efirdə olan spiker Səhr İmami, yaşadığı dəhşətli anları bölüşərkən deyib. 

Təhlükənin birbaşa hədəfi olan İran Radio və Televiziya Qurumu (IRIB) kompleksində yerləşən və “Şüşə Bina” adı ilə tanınan mərkəz, İsrail döyüş təyyarələri tərəfindən 4 raketlə vuruldu. Hücum nəticəsində 3 jurnalist həyatını itirdi, bir neçəsi isə yaralandı.

Səhr İmami hücum anında efirdə qalaraq yayınını davam etdirdi, bu addımı ilə İran ictimaiyyətində “cəsarət simvolu”na çevrildi. Sarsıntılar və partlayışlara baxmayaraq, sakitliyini qoruyan spiker, sosial mediada və dövlət kanallarında “qəhrəman spiker” kimi tanındı.

İranlı rəsmilər İmaminin davranışını “İran xalqının iradə və dözümünün nümunəsi” adlandırdı. Onun şərəfinə Təbrizin Vəli Əsr Meydanında nəhəng posteri də asılıb.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən