Partiyamız sülhün tərəfdarıdır - Özgür Özəl

 22:51 11.07.2025     69

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, PKK-nın simvolik silah buraxma qərarına münasibət bildirib.

Redaktor.az xəbər verir ki, O, sosial şəbəkədə paylaşdığı açıqlamada, CHP-nin tarix boyunca terrorun və zorakılığın bütün formalarına qarşı durduğunu vurğulayaraq: “Partiyamız sülhün tərəfdarıdır”, – deyə qeyd edib.

Özel açıqlamasında bildirib:

“Terror təşkilatının bu gün verdiyi simvolik silah buraxma qərarını məmnuniyyətlə qarşılayırıq. Bu prosesin silahların tamamilə susacağı bir dövrün başlanğıcı olmasını arzulayırıq".

CHP lideri, bu nöqtəyə gəlməsində əməyi olanlara təşəkkür edərək, xüsusilə Sırrı Süreyya Öndərin adını qeyd edib.

O əlavə edib ki, bu proses heç bir siyasi partiyanı və cəmiyyət təbəqəsini istisna etmədən, parlament çərçivəsində, şəffaf şəkildə və ictimai razılaşma əsasında idarə olunmalıdır.

Kənan YUSİF 

Vumart və Güvən reklamı Vumart Güvən