Ukrayna XİN rəhbəri NATO Baş katibinin müavini ilə görüşüb

 15:00 12.07.2025     66

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa NATO Baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Ukrayna XİN rəhbəri X platformasında paylaşım 

“Biz Haaqada keçirilən NATO sammitində Ukrayna ilə bağlı qərarların tam icra olunması üçün atılacaq addımları müzakirə etdik. Ukraynaya hərbi yardımları artırmaq əsas prioritetdir. Mən bizim təcili olaraq havadan müdafiə sistemlərinə olan ehtiyacımızı diqqətə çatdırdım. NATO Baş katibinin müavini ilə ortaq razılığa gəldik ki, Rusiyanı dayandırmağın ən yaxşı yolu sanksiyaları genişləndirmək və Ukraynaya silah tədarükünü artırmaqdır”- Sibiqa paylaşımında qeyd edib.

Ukraynanın ali diplomatı müttəfiqlərin Kiyevə hərbi dəstəyini yüksək qiymətləndirib.

Vumart və Güvən reklamı Vumart Güvən