Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər - BMT

 16:21 12.07.2025     113

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.

Redaktor.az  xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsinin rəhbəri Ərəfat Camal deyib.

“İran və Pakistan hakimiyyəti Əfqanıstan vətəndaşları ilə bağlı qaydaları sərtləşdirib. O cümlədən Tehran ölkədə sənədsiz olan 4 milyon əfqanın iyulun 6-dək İranı tərk etməsini tələb edib”, - o bildirib.

Onun sözlərinə görə, BMT QAK geri qaytarılma prosesinin miqyası, intensivliyi və şərtlərindən narahatdır.

Vumart və Güvən reklamı Vumart Güvən